2020-ci il XXXII Yay Olimpiya Oyunlarında

10 Oktyabr 2018 12:47

Xəbər 1075 dəfə oxunub

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək.Azərtac xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.Qaçqınlar komandası ilk dəfə “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Həmin vaxt komandanın heyətində Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Həbəşistandan 10 atlet yer almışdı.Qeyd edək ki, qaçqınlar komandası “Rio-2016”da medal qazana bilməyib.xeber100.com