İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək.Xarici KİV-lər xəbər verir ki, 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki “Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır.İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək.Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə “Noble Energy” qaz tədarükünə başlayacaq.İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın “NEPCO” dövlət enerji şirkəti və “Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…