2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində

27 Mart 2019 15:27

Xəbər 599 dəfə oxunub

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib.Trend-in məlumatına görə, “J” qrupu çərçivəsində İtaliya yığması Lixtenşteyni qəbul edib. Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.Eyni qrup çərçivəsində digər oyun Bosniya və Herseqovina və Yunanıstan komandaları arasında keçirilib. Zenitsa şəhərində keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.xeber100.com