Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın təşkilatçıları biletlərin qiymətlərini elan ediblər.Azərtac xəbər verir ki, Oyunların açılış mərasiminin qiyməti 300 min yen (təqribən 2700 dollar) olacaq.Oyunlar üçün də biletlərin qiyməti müəyyən edilib. Ən yüksək qiymət yüngül atletika yarışları, daha doğrusu, kişilərin 100 metrlik sprint qaçışı üçün təsdiq edilib. Həmin biletlər təqribən 1160 dollara satılacaq.Ən aşağı qiymətlər isə yarışların 8 növü üzrə müəyyən edilib ki, buraya futbol, reqbi və softbol yarışları daxildir. Həmin biletlərin qiyməti təqribən 22 dollar olacaq.Uşaqların, yaşlıların və məhdud imkanlı şəxslərin daxil olduğu qruplar üçün xüsusi biletlər nəzərdə tutulub ki, onların da qiyməti simvolik olaraq 2020 yenə (təqribən 18 dollar) bərabər olacaq.Serfinq yarışları üzrə yarışların şərtləri dəqiqləşmədiyinə görə bu idman növü üçün biletlərin qiyməti elan edilməyib.Təşkilat komitəsindən bildirilib ki, biletlərin yarıdan çoxunun qiyməti 8 min yen (təqribən 71 dollar) olacaq ki, bu da yarışların daha geniş tamaşaçı kütləsi tərəfindən izlənilməsinə şərait yaradacaq.Biletlərin satışına 2019-cu ilin əvvəllərində rəsmi sayt vasitəsilə başlanılacaq. Möhtəkirliyin qarşısını almaq məqsədilə alıcılar burada adlarını və tələb olunan digər şəxsi informasiyaları qeyd etməli olacaqlar.Aldıqları biletlərdən imtina etmək istəyən şəxslər üçün rəsmi platformanın yaradılması da nəzərdə tutulur.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…