Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti “xüsusi şərtlər” altında həyata keçiriləcək.Azərtac xəbər verir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü deyib. O, bu il keçiriləcək Həcc ziyarətinin detallarını açıqlayaraq qeyd edib ki, ötən il ziyarət məhdud sayda zəvvarın iştirakı ilə təşkil olunub. Bu il isə onların sayının artırılması nəzərdə tutulur. Yeni şərtlərə görə, Həcc ziyarəti zamanı dini ayinlərdə iştirak edəcək yerli sakinlər 7 gün əvvəl ev şəraitində karantin müddəti keçməlidir. Əcnəbi zəvvarlar isə bu müddəti qruplar halında qaldıqları otellərdə keçirəcəklər.Nazirlik rəsmisi əlavə edib ki, 50 nəfərdən ibarət olacaq zəvvar qruplarına rəhbərlər təyin ediləcək və onlar təhlükəsizlik tədbirləri, o cümlədən qoruyucu maskaların taxılması, sosial məsafəyə riayət olunmasına nəzarət edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…