2022-2023-cü il mövsümü üçün transfer çalışmaları davam edir

23 May 2022 15:29

Xəbər 541 dəfə oxunub

“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Futbol klubunun mətbuat xidmətindən bildirilib ki, Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb.V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.xeber100.com