Fransanın frans-press agentliyinin verdiyi məlumata görə, mayın 16-da Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionunun açılışı olub.Azərtac xəbər verir ki, “Al-Vakra” adlanan bu stadionun açılışı münasibətilə Qətər əmiri kuboku uğrunda “Al-Duhayl” və “Al-Sadd” komandaları arasında final oyunu keçirilib. Bu görüşdə “Al-Duhayl” 4:1 hesabı ilə qalib gəlib.Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanmış bu stadion 40 min tamaşaçı tutur. Stadionun tikintisi 575 milyon dollara başa gəlib.Dünya birinciliyi başlanana qədər Qətərdə 8 stadion tikiləcək və ya əsaslı şəkildə yenidən qurulacaq. Artıq istifadəyə verilmiş birinci arena Dohada yerləşən və 40 min tamaşaçı tutan “Xəlifə” stadionudur.Xatırladaq ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Doha, Lusai, Al-Vakra, Al-Hora, Ər-Rayan, Ümm-Salal və Aş-Şamal şəhərlərində keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…