2024/2025 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21 Sentyabr 2023 14:33

Xəbər 359 dəfə oxunub

AFFA-nın inzibati binasında Misli Premyer Liqası, I və II Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/2025 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. Toplantıda iştirak edən milli assosiasiyanın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb.

İclasda həmçinin UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara qitə futbol qurumunun Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.xeber100.com