2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün…

15 Fevral 2019 19:13

Xəbər 632 dəfə oxunub

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.Trend-in məlumatına görə, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.Qeyd edək ki, sonuncu – 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.xeber100.com