21-ci “Zəfər Kuboku” beynəlxalq turniri başa çatıb

2 Aprel 2018 13:38

Xəbər 526 dəfə oxunub

Türkiyənin Gebze şəhərində yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 21-ci “Zəfər Kuboku” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, dörd gün davam edən yarışın yekununda sərbəst, yunan-Roma və qadın güləşçilərimiz, ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal olmaqla 20 medal qazanıblar.Yarışda Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medalla yarışları başa vuran sərbəst güləş yığmamız komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib.Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) birinci, Şahanə Nəzərova (43 kq) ikinci, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnur Məmmədova (61 kq) isə üçüncü olublar. Yeniyetmə qızlarımız da komanda hesabında Türkiyədən sonra ikinci pillədə qərarlaşıblar. Rumıniya güləşçiləri isə üçüncü yeri tutublar.Yunan-Roma güləşçilərinin yarışlarında Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medalla Vətənə dönüblər. Yunan-Roma güləşçilərimiz isə komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub.Türkiyənin Gebze şəhərində keçirilmiş “Zəfər Kuboku” beynəlxalq turnirində qazanılmış nəticə aprelin 23-29-da Kiyevdə keçiriləcək Avropa çempionatı öncəsi məşqçilər korpusunun yığma komanda üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02