24 medal uğrunda gərgin mübarizə…

16 Avqust 2016 13:38

Xəbər 832 dəfə oxunub

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə – avqustun 16-da idmançılar 24 dəst medal uğrunda yarışacaqlar. Azərtac xəbər verir ki, kişilər arasında 14, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq. Kişilərin mübarizəsində üzgüçülük (açıq suda 10 kilometr məsafəyə), avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 1000 metr məsafəyə yürüş), atletika (üç təkanla tullanma, hündürlüyə tullanma, 110 metr məsafəyə maneələrlə qaçış), yelkənli qayıq idmanı (finn), idman gimnastikası (paralel qollar, turnik hərəkətləri), suya tullanma (3 metr hündürlükdən tullanma), yunan-Roma güləşi (66, 98 kq), velosiped idmanı (keyrin), ağır atletika (105 kq-dan yuxarı) və boks (60 kq) yarışlarında qaliblər müəyyənləşəcək. Qadınlar arasında isə avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə, iki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə), atletika (diskatma, 1500 metr məsafəyə qaçış), sinxron üzgüçülük (duet), idman gimnastikası (sərbəst hərəkətlər), velosiped idmanı (omnium 25 kilometrə, sprint) və stolüstü tennis (komanda) üzrə yarışlarda medallar sahibini tapacaq. Həmçinin bu gün yelkən qayıq idmanında “Nakra 17” növü üzrə qarışıq yarışların qalibləri bilinəcək. Yarışın on birinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında boksçumuz Lorenzo Sotomayor (64 kq), yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq), qadınların bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşündə isə İnna Osipenko-Radomskaya ölkəmizi təmsil edəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02