25 aprel Malyariya ilə Ümumdünya Mübarizə Günüdür

25 Aprel 2017 13:43

Xəbər 950 dəfə oxunub

Hər il aprelin 25-də Ümumdünya Malyariya Günü qeyd olunur. 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu barədə qərar qəbul olunub və məqsəd xəstəliklə səmərəli mübarizə aparmaqdan ibarətdir. Malyariya ağcaqanad sancması nəticəsində yaranan infeksion xəstəlikdir və adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalaq ağrılarına səbəb olur.Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun 660 mini həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Beş yaşınadək uşaqlar xəstəliyin risk qrupuna daxildir.Geniş yayılmış infeksion xəstəliklə mübarizə hərtərəfli və birgə mübarizə tələb edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə xüsusi proqram qəbul edib. Malyariya günü çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq səviyyədə belə bir günün qeyd edilməsi endemik ərazilərdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və xəstəliklə mübarizədə səyləri birləşdirmək imkanı verir, elmi-tədqiqat müəssisələri və mütəxəssislərin diqqətini xəstəliyin qarşısını almağa yönəldir, eyni zamanda qüvvələri bu sahədə daha səmərəli yollar axtarılmasına səfərbər edir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05