Gənclər və İdman Nazirliyinin dəstəyilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında keçirilən “Raquf Orucov Kuboku” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin rəsmi açılış mərasimində dövlət qurumlarının, ictimai təşkilatlarının nümayəndələri, ziyalılar, tanınmış idmançılar və Qarabağ müharibəsi veteranları iştirak ediblər.Xatırladaq ki, turnirdə Azərbaycandan 10, Rusiya və Gürcüstanın hər birindən bir komanda mübarizə aparıb. Seçmə mərhələnin yekununda Rusiya, Gürcüstan, “Judo Club 2012” idman klubu və “Neftçi” komandaları yarımfinala çıxıblar.Yarımfinal qarşılaşmalarından sonra Gürcüstan və “Judo Club 2012” komandaları finala vəsiqə qazanıblar.Maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə qalib gələn Gürcüstan komandası “Raquf Orucov Kuboku”nun ilk sahibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…