Yeni istifadəyə verilən “Avtovağzal” metro stansiyasının açılışı ilə bağlı mayın 12-dən Bakı Nəqliyyat Agentliyi metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə “BakuBus” MMC-nin yeni 13 nömrəli marşrut xəttinin istifadəyə verilməsi və 2, 14 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasının uzadılması ilə bağlı qərar verib.Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Azərtac-a deyib. İlkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək. Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək. 2 və 14 nömrəli marşrut xəttinın Cəfər Cabbarlı adına Kinostudiya, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət trayektoriyası uzadılıb. Bakı Nəqliyyat Agentliyi gələcəkdə də sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə optimallaşdırma işlərini davam etdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…