Manilada keçirilən 31-ci ASEAN sammiti çərçivəsində bir araya gələn Yaponiyanın Baş naziri Şinzo Abe çinli həmkarı Li Keçyan ilə Şimali Koreya, iqtisadi əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.Azərtac Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, tərəflər arasında görüş təqribən bir saat davam edib. Ötən həftə isə Şinzo Abenin Çinin Sədri Si Çinpinlə görüşü baş tutmuşdu.Baş nazirlərin görüşündə əvvəlcə tərəflər qarşılıqlı əməkdaşlığın daha da yaxşılaşdırılması üçün səylərin artırılmasının zəruriliyini bildiriblər.Ş.Abe deyib ki, Çinin iqtisadi yüksəlişi Yaponiya üçün də geniş imkanlar açır. O, sabit və davamlı inkişafın tərəfdarı olduğunu ifadə edib.Liderlər iki ölkə arasında iqtisadi cəhətdən faydalı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi barədə də razılığa gəliblər.Şinzo Abe və Li Keçyan Cənubi Koreya da daxil olmaqla üçtərəfli görüşün təşkili barədə razılığı təsdiq ediblər.Yaponiyanın Baş naziri BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları ilə bağlı Çinin konkret addımlarını alqışladığını deyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…