31-ci dünya çempionatı keçiriləcək

16 Sentyabr 2016 12:28

Xəbər 624 dəfə oxunub

Sentyabrın 19-dan 25-dək Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçiriləcək. Azərtac xəbər verir ki, yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq. Çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı ordu idmanının inkişafına da müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycan hərbi idmançıları beynəlxalq idman arenalarında ölkəmizi şərəflə təmsil edərək yeni-yeni uğurlar əldə ediblər. Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və digər beynəlxalq yarışlarda medalların qazanılmasında Mərkəzi Ordu İdman Klubu idmançılarının da əməyi danılmazdır. Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş Dünya Hərbi İdman oyununda və hər il keçirilən dünya çempionatlarında hərbi idmançılarımız uğurla çıxış edərək 300-dən çox medal qazanıblar. İdman yarışlarında fəal iştirak edən Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasına üzv olan 130 ölkə arasında 11-ci, MDB dövlətləri arasında isə 2-ci yerə layiq görülüb. Məhz ölkə rəhbərinin Azərbaycan idmanına göstərdiyi qayğı və dəstəyini, o cümlədən ölkəmizin nümayəndə heyətinin mütəmadi, uğurlu çıxışlarını nəzərə alaraq, Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə 2004-cü ildə cüdo, 2006-cı ildə sərbəst və yunan-Roma güləşi, 2008-ci ildə boks, 2010-cu ilin noyabrında cüdo üzrə dünya çempionatları və 2013-cü ildə hərbçilər arasında futbol üzrə ilk dünya kuboku yarışı Bakıda keçirilib. Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçiriləcək növbəti 31-ci dünya çempionatına inamla hazırlaşan idmançı zabit, gizir və qulluqçular, eləcə də idman fəalları respublikamızın ən mötəbər idman federasiyalarında təlim-məşq toplanışları keçiblər. İnanırıq ki, yarışlara ciddi hazırlaşan hərbi idmançılarımız ölkəmizi layiqincə təmsil edərək medallar qazanacaq və hamımızı sevindirəcəklər. Hərbi idmançılarımıza uğurlar diləyirik.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02