“Qəhrəman doğulmur, zaman qəhrəmanı yetişdirir” deyimi ilə müəyyən mənada razılaşmaq olar. Ancaq nə olur olsun qəhrəmanın doğulduğu mühitdən çox şey asılıdır. Əgər ailə dünyaya gətirdiyi körpəsinə qəhrəmanlıq ruhu aşılamırsa o zaman irəli zamanlarda bu uşaq qəhrəmanlıq iddiasında necə ola bilər və yaxud əksinə qəhrəmanlara necə sitayiş edə bilər, özünü onlara necə bənzədə bilər?! Deməli hər şey ailədən başlayır, sonra mühit, çevrə öz rolunu təhvil alır.…Ulu öndər Mustafa Kamalın dünyaya gəlişi və uşaq yaşlarında dünyasını dəyişmiş əmisinin adını daşıması bir təsadüf ola bilməzdi. Uşaqlıq illərindən səmimiyyəti, dürüstrlüyü, çevikliyi, sülhsevərliyilə yaşıdlarından seçilən Mustafa hərb sənətini çox sevirdi. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri mütaliə etməkdən bezməzdi-Türk hökmdarları Alp Ər Tunqa, Osman Qazi, Mətə, Atilla, Bilgə Xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhəmməd kimi qəhrəmanların həyatı onun üçün örnək idi.Bəhs etdiyimiz qəhrəmanların həyatı ilə tanış olduqca təbii ki, özünü onların davamçısı olaraq xəyal edirdi. Yaxşı deyiblər: Allah qismət etmədiyi heç bir şeyi insanın xəyalına gətirməz. Xəyal gücünə inanan insan doğru yol ilə addımlayırsa əvvəl-axır istəyinə nail olur. Mustafa Kamal uzun, ancaq şərəfli bir yol qət edəcəyinə əmin idi.31 mart 1909-cu il üsyanı olmasaydı, yəqin ki, 33 illik Əbdülhamid diktaturasına son qoyula bilməzdi. Konstitusiyalı monarxiyanı meydana gətirən Əbdulhamid diktaturasına qarşı çıxaraq qələbə qazansa da sonrakı prosesdə hadisələri taleyin qismətinə buraxdılar, çünki dəqiq proqramları yox idi ki, fəaliyyətlərini davam etdirsinlər. Bu gənc nəsllə eyni yolu addımlayan bir zabit vardı ki, o hər zaman “Əsgərliklə siyasət birlikdə getməz. Ordu savadsız, ləyaqətsiz, şərəfsiz zabitlərdən təmizlənməlidir. Türkiyənin yeni və modern bir dövlətə ehtiyacı var. Demokratik bir cəmiyyətdə Türkiyənin bütün sosial məsələlərini həll etmək olar”. deyirdi. Marşalların cahilliklərini tənqidi dillə üzlərinə vuran bu gənc zabit Mustafa Kamal idi. Mustafanın zəkası, düşüncə tərzi ətrafını qorxutduğu üçün qəsdən və tez-tez onun iş yeri dəyişdirilirdi. Sonuncu iş yeri Sofiya idi-yazı işlərinə məhkum edilir. Buna baxmayaraq gənc zabit Osmanlı dövlətinin çürüklüyünü ifşa etməkdən, yeni ruhlu bir dövlətin yaranmasının vacib olması haqqında olan fikirlərini yaymaqdan çəkinmirdi. Əslində Mustafa Kamal günün birində Türkiyənin inkişafında rolu olacağını sanki əvvəlcədən hiss edirdi.1918-ci ilin əvvəllərində Türkiyə Almaniyanın tərəfindən müharibəyə hazırlaşırdı. Mustafa Kamal bu müharibənin ölkəsi üçün fəlakətlə nəticələnəcəyini bildiyi üçün Türkiyəni müharibəyə girməməyə çağırırdı. Gənc zabitin sözlərinə önəm verən yox idi, ancaq onun uzaqgörənliyini Çanaqqala müharibəsi isbat etdi. Türkiyə müharibədə hər şeyini itirdi. Ölkə acınacaqlı günlərini yaşayırdı, insanların ümidləri qalmamışdı, bir tək insan qələbəyə inanırdı-Çanaqqala müharibəsinin komandanı Mustafa Kamal.12 may 1919-cu il…Mustafa Kamal 19 nəfərlik kiçik bir dəstəylə Samsuna girdi və bundan sonrakı olaylar artıq bir möcüzə idi-Mustafa Kamal möcüzəsi.“Ya istiqlal, ya ölüm” şüarı ilə savaşa girən milli-azadlıq hərəkatı 1923-cü ilin payızında böyük qələbəni qan bahasına –Qazandı…Həmin gün Ankara Türkiyə dövlətinin hökumət mərkəzi oldu, Türkiyə cümhuriyyət elan edildi. Mustafa Kamal Türkiyə Cumhuriyyətinin ilk cümhurbaşkanı seçildi.1934-cü ildə çağırılmış Böyük Millət Məclisinin iclasında Mustafa Kamal paşanın vətən və türk xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq və əlbəttə ki, türk xalqının iradəsini ifadə edərək ona ATATÜRK soyadı verilir.O, əcnəbi qəzetlərə verdiyi müsahibəsində “Allah məni Türkiyəni bəladan qurtarmağa məmur etdi” deyir və bu həqiqətən də belə idi…Azərbaycanın 70 il SSRİ-nin tərkibində olması və Rusiyanın əsarətini yaşamasının nəticəsi olaraq mənsub olduğu türk millətindən xəbərsiz olması yaşanmış bir keçmişdir.Azərbaycanda özünəqayıdış, sözün həqiqi mənasında atatürkçülüyün təbliği 90-cı illərin ortalarından başlayıb. Belə ki, Atarürkün dövlət quruculuğu təcrübəsindən müstəqil Azərbaycan dövlətinin qurulmaq prosesində geniş istifadə olunub.Mustafa Kamal Atatürk sözün həqiqi mənasında bir əsgər idi, vətəninin müstəqilliyi uğrunda savaşan bir əsgər…O uzun illər məhz cəbhələrdə mübarizə aparmış, özünün hərbi-strateji qüdrətini dəfələrlə nümayiş etdirib. Atatürk milli müstəqilliyin davamlı olmasının əsas qarantının ordu, əsgər olması trəfdarı idi. Buna görə də ordunun şərəfli insanlardan ibarət olmasını başlıca şərt sayırdı. Bildiyimiz kimi XX əsrin əvvəllərində dünya ölkələri müharibə içərisində çalxalanıb. Məhz həmin illərdə öz müstəqilliyini elan etmiş ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan Cümhuriyyəti mütəşəkkil orduya malik olmadığına görə uzun müddət yaşaya bilmədi və xarici müdaxilə- daxili münaqişələrin təzyiqi altında süqut etdi.Tarixin təcrübəsi göstərir ki, ordu hər bir ölkənin təkcə fiziki gücünü deyil, eyni zamanda mənəvi gücünü, idarəçilik intizamını da təmin edir.Mustafa Kamal Türkiyə Cümhuriyyətini bir hərbi- siyasi xadim olaraq qursa da, fəaliyyətinin sonrakı illərində elmin, mədəniyyətin, milli ictimai şüurun inkişafına və bütün bunlara nail olmaq üçün təhsilə xüsusilə diqqət ayırdı. Atatürk bütün dünyaya sübut etdi ki, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə də cümhuriyyət qurmaq, demokratik yolla getmək mümkündür. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəkliklərə qaldırmağı bacardı.Türkiyə Cümhuriyyətinin bu gün mövcudluğu, günü-gündən inkişaf etməsi bir çox şərtlərlə yanaşı, həm də əsaslı dərəcədə onun xarici siyasi kursu ilə bağlıdır. Bu siyasət Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplər üzərində bərqərar olmuş, Türkiyəyə dünyəvi dövlət imici qazanıbdır.Atatürkün xarici siyasətində duran başlıca prinsiplər: “milli bir dövlət qurmaq”, “tam müstəqillik”, “məzlum millətlər”ə örnək olmaqdan ibarət idi. Onu da qeyd edək ki, haqqında bəhs etdiyimiz siyasət yalnız cümhuriyyət qurulduqdan sonra, rəsmi bir dövlət siyasəti kimi meydana çıxmayıb, həmçinin milli qurtuluş hərəkatı illərində də həlledici rol oynayıbdır.Əslində Atatürkün atdığı hər addım idraki əsaslara söykənən müdrik bir filosofun gedişləri olub. O bir lider olaraq düzgün yolun nədən ibarət olduğunu aydınlaşdırmağı bacarırdı. O, həqiqəti dərk etmiş, türkün var olmaq inamını bu həqiqət üzərində yaratmağı bacarmışdı.Atatürk filosof olmasa da bu, onun yaratdığı böyük fəlsəfə idi. O, təfəkküründə yaratdığı ideyaları həyata keçirə bilən bir mübariz idi. Bu mübarizənin nəticəsi olaraq Türk Cümhuriyyətinin 90 illik varlığını göstərmək olar.Ulu öndər ölkəsini beynəlxalq aləmdə Qərb biçimli bir ölkə kimi təqdim etsə də, əslində məqsəd başqa idi. O, Türk Cümhuriyyətini türk ruhaniyyatı, türk özümlüyü əsasında inkişaf edib, müasirləşən, dünyalaşan milli qurum biçimində görmək istəyirdi.Təsadüfi deyil ki, Atatürkün Xilaskarlıq Hadisəsi Qərb siyasətində Qərbə məxsus soyuqqanlılıqla “Atatürk Fenomeni” adlandırıldı. Amma dünya hadisələrini tədqiq edən çoxsaylı institutlara Atatürk şəxsiyyəti araşdırılacaq bir nömrəli hadisə kimi təqdim olundu. Qərb Atatürk üstünlüyünün iki mühüm xəttini aydınlaşdırdı. Birincisi, o vaxtın mütəfəkkir ideoloqlarından fərqli olaraq, Atatürk ölkənin inkişafını ancaq türkçülükdə – mili mədəniyyətin maneəsiz inkişafına nail olmaqda görürdü, ikincisi, insanları orta əsr cəhaləti səviyyəsində saxlayan dini düşüncəni milli təfəkkürün inkişafına mane olan cəhət kimi arxa plana atmağa çalışırdı.Ümumiyyətlə götürdükdə isə Atatürk fəaliyyəti dövründə millətinin millət olaraq var olması və ölkəsinin dünya ölkələri sırasında söz sahibi olmasını əsas tutub. Onun bütün fəaliyyəti məhz bu prinsipə xidmət edib.Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Türkiyə dövləti öz müstəqilliyinə qovuşdu. Artıq ölkənin ərazisinə soxulmağa heç bir dövlətin cəsarəti çatmazdı. Az bir zamanda bütün ölkələrlə diplomatik əlaqələr yaradıldı. İngilislər, italyanlar, yunanlar, romalılar, fransızlar aldıqları dərsdən nəticə çıxardılar. Hətta ölkəni içəridən dağıtmağa hər an hazır olan ermənilər belə bir köşəyə çəkildilər. Bir sözlə, Türkiyəni bir dövlət olaraq yer üzündən silmək təhlükəsi sovuşdu və düşmənçilik mövqeyində olan ölkələr yerində oturmaq məcburiyyətində qaldı. Atatürk Türkiyəni yenidən türk xalqına qaytardı. Bütün bunlara baxmayaraq xaricdə və daxildə olan araqarışdıranlar dinc durmurdular. Müstəqil Türkiyəni, Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürkü gözü götürməyənlər çox olduğuna görə hər an ulu öndərə sui-qəsd planları hazırlana bilərdi. Əslində İzmirdə ona sui-qəsd təşkil edildi……Prezident iqamətgahındakı otağında gəzişən Mustafa Kamal Atatürk yazı masasının üstündəki ensiklopediyaya ötəri nəzər salıb həmin sui-qəsdi xatırladı. Sui-qəsd baş tutmamışdı. Əslində zəngin həyat yolu keçmiş, döyüş meydanlarında bərkimiş Atatürkü ölümlə qorxutmaq çox çətin idi. Ölümün gözünə dik baxan Atatürk vətənin istiqlaliyyəti, müstəqilliyi, xalqın firavanlığı yolunda canından keçməyə həmişə hazır idi, ancaq asanlıqla özünü ölümün pəncəsinə verməzdi. Sui-qəsdlə bağlı Anadolu agentliyinə müsahibəsində ulu öndər belə bir açıqlama verib: “…Alçaq təşəbbüsün mənim şəxsimdən daha çox müqəddəs respublikamıza və onun istinad etdiyi yüksək prinsiplərimizə yönəldilmiş olduğuna heç bir şübhə yoxdur…Mənim miskin vucudum, əlbəttə bir gün torpaq olacaqdır. Fəqət Türkiyə Cümhuriyyəti daim yaşayacaqdır”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…