Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci yük qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən AZƏRTAC-a bildirilib ki, ərzaq məhsulları və metal məmulatlarla yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir.
Qatarın 31 vaqonu bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək.
Xatırladaq ki, birinci sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də Xəzər Dəniz Gəmiçiliyinin “Azərbaycan” bərəsi ilə yola salınmış və yanvarın 23-də Aktauya çatdırılmışdı. Bu zaman heç bir ləngiməyə yol verilməmişdi. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurmuşdu. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədi ilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və ikinci qatarın Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…