İsveçrənin Bern şəhərində kişi idman gimnastikası üzrə 32-ci Avropa Çempionatı keçirilir. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məluamata görə, bu çempionatda Azərbaycan ilk dəfə olaraq böyüklər və gənclər arasında komanda yarışlarında iştirak etmişdir. Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlar Oleq Stepko, Petro Paxnyuk, Timur Bayramov və Daniel Robert Lukas 28 komanda arasında 20-ci yeri tutmuşlar. Təəssüflər olsun ki, parallel qollar üzərində hərəkətlərdə Oleqin yol verdiyi səhv,keçən Dünya Çempionatında ona bürünc medal gətirmiş sevimli alətində final mərhələsinə vəsiqə qazanmamasına səbəb oldu. Gənclər Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev və Sergiy Onbış Avropa Çempionatı yarışlarında debüt çıxışlarını nümayiş etdirdilər. Komanda hesabında hər alət üzrə göstərilmiş ən yaxşı 4 nəticənin cəminə əsasən, gənclər 30 komanda arasında 22-ci mövqedə qərarlaşdılar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…