Mayın 17-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək.Azərtac xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və topla hərəkətlərdə mübarizə aparacaqlar. Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə – 5 halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…