Taekvando Federasiyasının məlumatı əsasında…

7 Noyabr 2017 11:32

Xəbər 1922 dəfə oxunub

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Taekvando Federasiyasında (ATF) da olub.ATF-dən Azərtac-a bildiriblər ki, əvvəllər taekvando ilə məşğul olan Pyer Alen Rafanın rəhbərlik etdiyi nümayəndə heyəti federasiyanın idman kompleksi, milli yığma komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi, eləcə də kompleksdə taekvandoçulara yaradılan şəraitlə tanış olub.Nümayəndə heyətinə federasiyanın rəhbərliyi tərəfindən taekvandonun inkişafı, nailiyyətləri və ATF-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib.Sonda ATF-nin idman nəticələri muzeyi ilə tanış olan qonaqlar taekvando üzrə milli komandamızın üzvləri, uşaq və yeniyetmə idmançılarla xatirə şəkilləri çəkdiriblər.Görüşdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və digər şəxslər iştirak ediblər.xeber100.com