Mayın 20-də Bakıda ikinci “3D PrintConference” beynəlxalq konfransı keçiriləcək. Tədbirin məqsədi perspektivli XXI əsrin texnologiyası sayəsində Azərbaycanın qarşısında açılan biznes imkanları müəyyən etməkdir. Təhsil Nazirliyinin dəstəyi, “Smile-Expo” beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə keçiriləcək konfransın işi “Additiv texnologiyalar Azərbaycan iqtisadiyyatının inkişaf edən sahəsi”, “3D çap XXI əsrin texnologiyası”, “3D texnologiyalarda necə pul qazanmaq olar” və “3D printer sənayedə, təhsildə, təbabətdə” mövzuları üzrə aparılacaq. “Smile-Expo” beynəlxalq sərgi şirkətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya və Böyük Britaniyadan olan aparıcı ekspertlərin çıxışları gözlənilir. Təşkilatçıların fikrincə, tədbir fərdi və sənaye 3D printer istehsalçıları, 3D qurğuları üçün proqram təminatını hazırlayanlar, ehtiyat hissələrin, üçölçülü çap üçün material və aksessuar istehsalçıları, 3D bazarının bütün iştirakçıları üçün maraqlı olacaq. Sərgidə qonaqlar müasir 3D avadanlığın bir sıra spektri ilə tanış olacaq, 3D printerin işini və yaratdığı məhsulları əyani görəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…