ABŞ-da tüğyan edən güclü meşə yanğınları Kaliforniya ştatının şimalında yerləşən bir neçə yaşayış məntəqəsinin 4 min sakininin təxliyəsinə səbəb olub. Interfax informasiya agentliyinin məlumatına görə, yanğınlar San-Fransisko şəhərinin şimalında yerləşən Louer Leyk şəhərciyinə çatıb. Burada 10-dan çox ev, həmçinin poçt bölməsi tamamilə yanıb. Qonşu Klir-Leyk şəhəri də təhlükə ilə üzləşib. Bununla əlaqədar yerli xəstəxana administrasiyası təcili şəkildə pasientlərin təxliyə olunmasına qərar verib. Xatırladaq ki, şənbə günündən başlayaraq sürətlə yayılan alov min hektardan çox ərazini əhatə edir. Bölgədə əsən güclü külək yanğınla mübarizəni çətinləşdirir. Hazırda ştat ərazisində hökm sürən şiddətli istilər və quraqlıq nəticəsində yaranmış 11 yanğın ocağı qeydə alınıb. Bu rayonlar keçən il də 1,3 min evin məhv olması ilə nəticələnən güclü meşə yanğınlarından zərər çəkmişdi.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…