Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Qəbələ” ilə qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılan Saşa Yunisoğlu 1 oyunluq cəzalanıb və “Rəvan”ı 200 manat ziyana salıb. 88-ci dəqiqədə “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub. 4 oyunçusu xəbərdarlıq alan “Qəbələ” 1000 manat cərimə olunub. “Qarabağ”la görüşdə 6 futbolçusu sarı vərəqə alan “Neftçi” də eyni cəzaya məruz qalıb. AZAL – “Sumqayıt” matçında hər iki komandanın 4 üzvü xəbərdarlıq aldığı üçün klubların hərəsi 1000 manat ziyana düşüb. İntizam Komitəsi Ruslan Qurbanova göstərilən sarı vərəqənin düzgün olmamağı ilə bağlı müraciət edən “Neftçi”nin şikayətinə də baxıb. Qərara əsasən, oyunun 23-cü dəqiqəsində Qurbanova simulyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməyi səbəbindən ləğv olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…