42-ci Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib

31 Avqust 2016 12:19

Xəbər 808 dəfə oxunub

42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə,  Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq. Azərtac xəbər verir ki, bu barədə Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar avqustun 31-də təşkil olunan yekun mətbuat konfransında məlumat verilib.xeber100.com