43-cü Ümumdünya Şahmat Olimpiadası finişə yaxınlaşır

3 Oktyabr 2018 13:17

Xəbər 641 dəfə oxunub

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası finişə yaxınlaşır.Azərtac xəbər verir ki, yarışların sonuna üç tur qalmış Azərbaycanın hər iki yığmasının mükafatçılar sırasında olmaq şansı var.Bu gün keçiriləcək doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasının rəqibləri çinli idmançılar olacaq, qızlarımız isə ukraynalı şahmatçılarla qarşılaşacaqlar.Olimpiadanın başa çatmasına üç tur qalmış aktivində 15 xal olan ABŞ yığması yeganə liderdir. İkinci yerdə amerikalılardan bir xal geri qalan Polşa yığması gedir. Azərbaycan, Hindistan, Fransa, Çin, Ermənistan, Almaniya və İngiltərə komandalarının hərəsi 13 xal qazanıb.Qadınların yarışında liderliyi hərəsi 14 xal toplamış Çin və Ukrayna yığmaları bölüşdürürlər. Səkkizinci turda bu komandaların hər ikisi böyük hesabla qələbə qazanıb: Çin idmançıları Rumıniyanın komandasını uddular – 3,5:0,5, ukraynalılar ermənistanlı rəqiblərindən daha güclü olublar – 3:1.ABŞ, Macarıstan, Azərbaycan, Ermənistan və Qazaxıstan komandalarının hərəsinin aktivində 13 xal var.Bu gün Azərbaycan-Çin matçında Şəhriyar Məmmədyarov – Dinq Liren, Teymur Rəcəbov – Yu Yanqyi, Arkadi Naydiç – Vey Yu və Eltac Səfərli – Bu Syanci cütlükləri, Azərbaycan – Ukrayna görüşündə isə Günay Məmmədzadə – Anna Muzıçuk, Xanım Balacayeva – Marina Muzıçuk, Gülnar Məmmədova – Anna Uşenina və Ülviyyə Fətəliyeva – Yuliya Osmak cütlükləri qarşılaşacaqlar.43-cü Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02