Azərbaycanın şahmat ustaları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunu da qələbə ilə başa vurublar.Azərtac xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Sloveniya yığmasına qarşı oynayıb. İdman ustalarımız Arkadi Naydiç Matey Şebeniki, Rauf Məmmədov Yure Şkobereneni, Eltac Səfərli isə Boris Markojanı məğlub ediblər. Şəhriyar Məmmədyarovun Yure Borişeklə görüşü isə heç-heçə başa çatıb.İngiltərə komandası ilə qarşılaşan qadın şahmatçılarımız rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gülnar Məmmədova görüşləri qələbə ilə başa vurub, Günay Məmmədzadə isə məğlubiyyətə uğrayıb.Qeyd edək ki, Azərbaycanın hər iki komandası indiyədək keçirilən üç turun hamısında qələbə qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…