Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə 5 sayda əlavə ekspress xətt təşkil edilir.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, bu ekspress xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib. Ekspress xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.Təşkil olunacaq ekspress xətlərin istiqamətlərinə gəldikdə isə M1 A xətti Q.Qarayev prospekti (Laçın ticarət mərkəzinin qarşısı) – Gənclik metro stansiyası, M2 A xətti Neftçilər metro stansiyası – Elmlər Akademiyası metro stansiyası, M8 xətti Maştağa qəsəbəsi – Gənclik metro stansiyası, M9 xətti “Sea Breeze” istirahət mərkəzi – N.Nərimanov metro stansiyası, M10 xətti isə Mərdəkan qəsəbəsi (stansiya) – N.Nərimanov metro stansiyası üzrə marşrutu əhatə edəcək.Yeni ekspress xətlərin təşkilinin müsbət tərəflərinə pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq, şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi, yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması, avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili, sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması, daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi aiddir. Həmçinin sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması, əhalinin mobillilik imkanlarının artırılması, avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi də müsbət haldır.Yeni ekspress xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.Yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir. Mövcud vəziyyət müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır. Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlər davam edir. Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələri tövsiyə edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…