Noyabrın 29-da Bakıda Avstriya Federal İqtisadiyyat Palatasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan-Avstriya turizm forumu keçirilib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, forumda Azərbaycanda turizmin inkişafına dair məlumatlandırma sessiyasından sonra Avstriyanın turizm sahəsində ixtisaslaşmış və müxtəlif xidmətlər təklif edən şirkətlərinin qısa təqdimatı olub.Tədbirdə Azərbaycan tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təmsil olunub.Forum çərçivəsində Azərbaycan ilə Avstriya şirkətləri və təşkilatları arasında fərdi ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…