Gələn il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, 57 ölkədən 5000 atletin iştirakı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı açıqlanıb. Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdi. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşunun üzərində dayandıracağı gözlənilir. İslam Həmrəyliyi İdman Federasiyalarının baş katibi Feysəl Əl Nassel Bakının belə bir yarışı üzərinə götürmələrinə şad olduqlarını açıqlayıb: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV Oyunları öz üzərinə götürüb. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin gənən il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…