“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayıb.Azərtac xəbər verir ki, AZAL-ın reysləri həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçirilir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən yerinə yetirilir.Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində, şirkətin saytında bronlaşdırmaq və əldə etmək mümkündür.Qeyd edək ki, Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…