ABŞ Federal Rabitə Komissiyası “Apple” şirkətinə “5G” texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib.Azərtac xəbər verir ki, texnologiyanı “Apple” şirkəti ilə yanaşı, “Google”, “Facebook” və “Samsung” sınaqdan keçirir. Bundan başqa, “Sprint” və “T-Mobile” mobil rabitə operatorları tərəfindən ilk “5G” şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi “Apple” texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.Bu il “5G” modulu yeni “iPhone” smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar.”5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.Qeyd edək ki, Azərbaycanda da 3G, 4G və digər yeni texnologiyalar tətbiq edilib, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 78 faizi internet, onların 72 faizi isə genişzolaqlı internet istifadəçisidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…