Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından iyulun 6-sı tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və sair) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.Sərnişinlərə zəruriyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə edilir. Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…