Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

29 Fevral 2020 18:11

Xəbər 1031 dəfə oxunub

Həndbolçularımız Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Həştərxanda ikiqat Olimpiya çempionu Vasili Kudinovun xatirəsinə həsr olunan yarışda 2002-2003-cü il təvəllüdlü oğlanlar bacarıqlarını göstəriblər.Azərbaycan seçməsi 6 komandanın qatıldığı turnirdə topladığı 8 xalla ikinci yeri tutub. “Moskva-1” komandası yarışın qalibi olub. “Sankt-Peterburq-1” kollektivi isə üçüncü pillədə qərarlaşıb.Qeyd olunub ki, komandamızın xatirə turnirində iştirakı Monteneqroda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.xeber100.com