Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə bu gün yekun vurulacaq.Turnirin altıncı günündə blits yarışlarının səkkizinci turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Rauf Məmmədov sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır. Rusiya idmançısı Sergey Karyakin isə macarıstanlı Riçard Rapport ilə üz-üzə gəlir.Rapid turnirinin və blits yarışlarının 7 turunun yekunlarına görə, R.Rapport 20,5 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Ş.Məmmədyarov 19 xalla ikinci, F.Karuana 18,5 xalla üçüncü, S.Karyakin isə 18 xalla dördüncü pillədə yer alıblar. D.Navara 12 xalla beşinci, R.Məmmədov 10,5 xalla altıncı, V.Əsədli 8 xalla yeddinci, V.Anand isə 5,5 xalla sonuncu – səkkizinci yerdə qərarlaşıblar.Rapid və blits yarışlarının yekununda ən çox xal qazanan şahmatçı memorialın qalibi olacaq.Blits yarışı 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunur.Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorial”ına dekabrın 23-də yekun vurulacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…