2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunan Qazaxıstanın Türküstan şəhərində 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb.Azərtac xəbər verir ki, Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, İran, Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrdən türkoloqlar iştirak edirlər.Konqres istifadəsi getdikcə azalan və yox olmaq təhlükəsi ilə üzləşən türk dillərinin və ləhcələrinin qorunması məsələlərinə həsr edilib.Tədbirin açılışında çıxış edən Beynəlxalq Qazax-Türk Universitetinin Himayədarlar Şurasının sədri professor Musa Yıldız artıq ənənəvi olaraq təşkil olunan konqresin türk dünyasının müxtəlif ölkələrindən gələn türkoloqlar və elm adamları üçün mühüm müzakirə platformasına çevrildiyini bildirib. O, sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dillərinin tədqiqi məqsədilə Beynəlxalq Türk Akademiyası və Əhməd Yəsəvi Universitetinin birgə səyləri nəticəsində 4 cildlik böyük ensiklopedik nəşrin hazırlandığını vurğulayıb.Konqresin ilk günü Beynəlxalq Qazax-Türk Universitetinin Mədəniyyət Mərkəzində Əhməd Yəsəvi Muzeyinin açılışı da olub. Muzeydə Türküstan bölgəsində Xoca Əhməd Yəsəvinin yaşadığı dövrə aid tarixi əsərlər və ortaq türk tarixinin müxtəlif dövrlərini əks etdirən rəsm əsərləri yer alır.Yeddinci Beynəlxalq Türkologiya Konqresi üç gün davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…