ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdindən sonra Türkiyədə başlanılan araşdırmalar zamanı çox sayda insanın nəzarətə götürülməsinin “aydın” və “qanuni” olduğunu bildirib. Anadolu Agentliyinin verdiyi xəbərə görə, Toner gündəlik mətbuat konfransında Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra baş verən proseslə bağlı sualları cavablandırıb. Nazirliyinin sözçüsü deyib ki, Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün dövlət çevrilişinə cəhd edənlərə qarşı araşdırmalar aparır. Türkiyə hökumətini və xalqını anladığını deyən Toner qeyd edib ki, onlar çox ciddi təhlükə altında olduqlarını hiss edirlər. Eyni zamanda, bəhs edilən nəzarət qərarları diqqətimizdən qaçmır. Baş verən hadisələrdən sonra Türkiyə hökumətinə sakit və sabit olması, Türkiyə Konstitusiyasının tələb etdiyi demokratik standartlara uyğun, hüququn suverenliyi prinsipini güdməsi barədə müraciət etdik.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…