Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar uşaqlar arasında 8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları keçiriləcək.Azərtac xəbər verir ki, dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların onlayn keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin qaydalarına uyğunlaşdırılaraq təşkil ediləcək.Uşaqlar arasında basketbol (səbətə top atma), futbol (məsafədən qapıya zərbə vurma), uşaq atletikası (uzununa tullanma, simvolik nizə atma və s.), kamandan oxatma (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) və atıcılıq (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) yarışları keçiriləcək. #evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, zəruri halda avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Bu imkan olmadığı halda idmançıların onlayn şəkildə qoşularaq canlı yayımda evlərindən bu hərəkətləri etməsi planlaşdırılır. Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qaliblərə hədiyyələr və mükafatlar karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonra yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcək. Yarışların təqvimi və vaxt cədvəli, həmçinin yarışların əsasnaməsi bütün təfərrüatlar nəzərə alınaraq yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…