Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası Badamdar Avtobazar ərazisində Motokros çempionatı keçirəcək. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.
Federasiyadan bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.
Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi gözləyir.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib: “Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…