Bu gün Dünya Fizioterapiya Günüdür.Azərtac xəbər verir ki, Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.Fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır. Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər.Dünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.Hər il bu təqvimin şüarı “Sağlamlıq üçün hərəkət”dir. Cari ildə fiziki terapiyanın sağlam yaşlanmaq üçün oynadığı rolun əhəmiyyətini vurğulayan “Həyat üçün fiziki aktivlik” mesajı seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…