İtaliya muzeyləri bir həftə əvvəl ölkədə baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 610 min avro pul yığa bilib. Bu barədə məlumatı ölkənin Mədəni İrsi və Fəaliyyəti nazirliyi yayıb. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu məbləğ yalnız dövlət muzeyləri tərəfindən satılmış biletlərdən əldə olunan gəlirdir. Bu maddi yardım kampaniyasına bələdiyyə, özəl və dini muzeylərdən gələn vəsait də əlavə ediləcək. Qeyd edək ki, İtaliyanın mədəni fəaliyyət və turizm naziri Dario Françeskinin yardım çağırışından sonra avqustun 28-də ölkə muzeylərini 70 mindən çox adam ziyarət edib. Bilet satışından əlavə qısa nömrəyə göndərilən SMS-lər vasitəsilə də yığılan maddi yardım 10 milyon avrodan çoxdur. Xatırladaq ki, avqustun 24-də baş vermiş 6,3 ballıq zəlzələ Akkumoli və Amatriçe şəhərlərində iri dağıntılara səbəb olub, 300-ə yaxın adam həlak olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…