Azərbaycanda heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmayıb

22 Fevral 2016 17:03

Xəbər 257 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gedəcək. Səfər öncəsi Azərbaycan prezidenti İran dövlət radio və televiziyasına (İRİB) müsahibə verib. Prezident Tehran səfərinin məqsədi və iki ölkə arasındakı əlaqələr barədə sualları cavablandırıb.

Xəbər100 Strateq.aza istinadən Prezident İlham Əliyevin İRİB-ə müsahibəsinin tam mətnini təqdim edir:

– Zati-alinizin İran İslam Respublikasına səfərinin məqsədi nədir və İranla əlaqələri genişləndirmək üçün hansı proqramlarınız vardır?

– Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhanin dəvəti əsasında baş tutacaqdır. Qeyd etmək istərdim ki, biz İran Prezidenti ilə bundan əvvəl artıq dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycana rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılmış, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanmışdır.

İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaqdır. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaqdır.

– İranla Azərbaycan həm də iqtisadi sahədə sıx əməkdaşlıq edirlər. Lakin ölkələrimiz arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, ticarət dövriyyəsi bir o qədər də böyük deyil. Belə olan halda ticarət dövriyyəsinin artırılması üçün hansı proqramlarınız vardır?

– Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etmişdir. Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.

Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaların təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış etmişdir. Hal-hazırda həmin təkliflər nəzərdən keçirilir.

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır.

Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdənsə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir.

– Regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq, Siz bu məşum fenomen ilə mübarizədə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

– Terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınmış, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilmişdir.

Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törətmiş, Dalıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə yeksan edilmiş, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir.

Azərbaycan İranla və digər dövlətlərlə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır.

– Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz? Münaqişənin həlli üçün islam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir?

– 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, xalqımız etnik təmizləməyə məruz qalmış, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılmışdır. Ermənistan BMT başda olmaqla dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günə kimi problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməmişdir. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günə kimi heç bir nəticə verməmişdir. Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik.

Qeyd etmək istərdim ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişlər. Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk.

İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq.

– Bəzi şayiələr gəzir ki, Azərbaycan Respublikasında müsəlmanlar, xüsusilə şiələr öz dini fəaliyyətlərinin icrasında məhdudiyyətlərlə üzləşirlər. Bu barədə nə deyə bilərsiniz?

– Sizin qeyd etdiyiniz kimi, bu tipli məlumatlar yalnız şayiə ola bilər. Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmamışdır, fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Ölkə Konstitusiyası və mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir və gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir.

Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artmışdır. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur. Ölkənin ən böyük məscidi olan Heydər məscidi mənim sərəncamımla dövlət vəsaiti hesabına inşa edilərək dindarların ixtiyarına verilmişdir.

Azərbaycan bütün dünyada İslam mədəniyyətinin təbliğinə böyük diqqət göstərir və maliyyə vəsaiti ayırır. Buna misal kimi ölkəmizin Avropada və dünyanın digər bölgələrində təşkil etdiyi aksiyaları, keçirilmiş sərgiləri göstərmək olar. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyaya nümunə kimi qəbul olunur. İslam Konfransı Təşkilatı Azərbaycanda İslam dininin vəziyyəti, dinlər və konfessiyalararası münasibətləri həmişə yüksək qiymətləndirmişdir.

Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar.

İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyllərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.

Azərbaycanda heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gedəcək. Səfər öncəsi Azərbaycan prezidenti İran dövlət radio və televiziyasına (İRİB) müsahibə verib. Prezident Tehran səfərinin məqsədi və iki ölkə arasındakı əlaqələr barədə sualları cavablandırıb. Xəbər100 Strateq.aza istinadən Prezident İlham Əliyevin İRİB-ə müsahibəsinin tam mətnini təqdim edir: – Zati-alinizin İran İslam Respublikasına səfərinin məqsədi nədir və İranla əlaqələri genişləndirmək üçün hansı proqramlarınız vardır? – Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhanin dəvəti əsasında baş tutacaqdır. Qeyd etmək istərdim ki, biz İran Prezidenti ilə bundan əvvəl artıq dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycana rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılmış, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanmışdır. İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaqdır. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaqdır. – İranla Azərbaycan həm də iqtisadi sahədə sıx əməkdaşlıq edirlər. Lakin ölkələrimiz arasında uzun sərhədlər, çoxlu müştərəkliklər və yaxşı iqtisadi potensial olmasına baxmayaraq, ticarət dövriyyəsi bir o qədər də böyük deyil. Belə olan halda ticarət dövriyyəsinin artırılması üçün hansı proqramlarınız vardır? – Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etmişdir. Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək. Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyaların təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış etmişdir. Hal-hazırda həmin təkliflər nəzərdən keçirilir. Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdənsə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir. – Regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq, Siz bu məşum fenomen ilə mübarizədə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığı necə dəyərləndirirsiniz? – Terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınmış, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilmişdir. Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törətmiş, Dalıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə yeksan edilmiş, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir. Azərbaycan İranla və digər dövlətlərlə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır. – Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik fəaliyyətini necə dəyərləndirirsiniz? Münaqişənin həlli üçün islam və region ölkələrinin imkanlarından istifadə etmək barədə fikriniz nədir? – 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, xalqımız etnik təmizləməyə məruz qalmış, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş torpaqlarda bütün iqtisadi və sosial infrastruktur, mədəniyyət abidələri, o cümlədən məscidlər dağıdılmışdır. Ermənistan BMT başda olmaqla dünyanın aparıcı təşkilatlarının işğal altında olan torpaqların azad olunmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Təəssüf ki, dünya birliyi bu günə kimi problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməmişdir. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günə kimi heç bir nəticə verməmişdir. Əminliklə demək olar ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik. Qeyd etmək istərdim ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişlər. Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk. İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq. – Bəzi şayiələr gəzir ki, Azərbaycan Respublikasında müsəlmanlar, xüsusilə şiələr öz dini fəaliyyətlərinin icrasında məhdudiyyətlərlə üzləşirlər. Bu barədə nə deyə bilərsiniz? – Sizin qeyd etdiyiniz kimi, bu tipli məlumatlar yalnız şayiə ola bilər. Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmamışdır, fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Ölkə Konstitusiyası və mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir və gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artmışdır. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur. Ölkənin ən böyük məscidi olan Heydər məscidi mənim sərəncamımla dövlət vəsaiti hesabına inşa edilərək dindarların ixtiyarına verilmişdir. Azərbaycan bütün dünyada İslam mədəniyyətinin təbliğinə böyük diqqət göstərir və maliyyə vəsaiti ayırır. Buna misal kimi ölkəmizin Avropada və dünyanın digər bölgələrində təşkil etdiyi aksiyaları, keçirilmiş sərgiləri göstərmək olar. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyaya nümunə kimi qəbul olunur. İslam Konfransı Təşkilatı Azərbaycanda İslam dininin vəziyyəti, dinlər və konfessiyalararası münasibətləri həmişə yüksək qiymətləndirmişdir. Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında Bakıdakı Heydər məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar. İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə biz İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəmizi veririk. Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyllərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir.

Fevral 22, 2016 17:03

Türkiyə Ermənistanı tuta bilər – MÜSAHİBƏ

Suriyada durum getdikcə mürəkkəbləşir və ekspertlərin əksəriyyəti bölgədə Rusiya ilə Türkiyə arasında yeni müharibə imkanlarından danışır. Türkiyə ərazisindən Suriya sərhədini antiəsəd müxalifəti dəstəkləyən iki minə yaxın silahlı keçib. Suriya kürdlərinin Rusiyadakı təmsilçiliyinin rəhbəri Rodi Osmanın sözlərinə görə, Türkiyə Suriyada yerüstü əməliyyata başlayacağı halda, Rusiya suriyalı kürdlər tərəfindən çıxış eməyə söz verib və bu addım “böyük müharibə”yə səbəb olacaq. Reallıqda Rusiya bu cür müharibəyə nə dərəcədə hazırdır? Hərbi icmalçı Pavel Felgenhauerin “Rosbalt.ru”-nun suallarına cavab verib. – Pavel, Rusiya Silahlı Qüvvələri komandanlığının gümrah raportları bir məsələdir, Rusiya ordusunun gerçəkdə ciddi regional, məsələn, Türkiyə ilə müharibəyə nə dərəcədə hazır olması başqa məsələ… – Nədəsə hazırdır, nədəsə yox. Suriyada vəziyyət olduqca pisdir, çünki bu ölkəyə göndərilmiş hissələrimiz yetərincə uzaqda yerləşib və bu güclər orada rabitəsizdir. Münaqişə başlasa, bu qüvvələr arasında ciddi şəkildə əlaqə itə və tamamilə məhv edilə bilər – donanma batırılar, aviabaza dağıdılar, təyyarələr itirilər. İstənilən halda, bu güclər ciddi itkiyə məruz qalar. Əlbəttə, Türkiyə Krıma və Soçiyə qoşun çıxartmaz, lakin istəsə, Ermənistanı tuta bilər… Nüvə silahından istifadəsiz… – Yeri gəlmişkən, nüvə silahı haqda. O, Türkiyədə ümumiyyətlə, varmı? – Bəli, qırx atım nüvəsi var. – YəniTürkiyə nüvə dövlətidir? – Bir o qədər də yox. Bu, “soyuq müharibə” dönəmində bir sıra Avropa ölkələrində yerləşdirilən “iki açarlı silah” deyilən Avropa – Amerika nüvə silahıdır. Buna görə də Avropada “iki açarlı silah” – taktki nüvə silahı, yəni amerikalıllara məxsus, lakin istisnasız olaraq avropalıların istifadə etməli olduğu aviabombalar yeləşdirilib. Türkiyədə türk aviasiyasının istifadəsi üçün nəzərdə tutulmuş silah anbara vurulub. –Bəs onun açarı türklərdədir? – Həm tüklərdədir, həm də amerikalılarda. Bu silah konkret olaraq türk aviasiyasının Rusiyaya qarşı istifadə məqsədiylə nəzərdə tutulub. – Bəs amerikalılar onu da, bu yaxınlarda öz təyyarələrinin bir qismini çıxartdıqları kimi, Türkiyədən çıxara bilərlərmi? – Orada daimi əsasda Amerika təyyarələri yoxdur. Onlar gah uçub gəlir, gah da gedir. Orada Suriya sərhədinin yanında yetərincə böyük ABŞ qarnizonu yerləşən İncirlik bazası var. Nüvə silahlı bunkerlər də orada yeləşir. Döyüş aviasiyası isə lazım gəldikdə gah uçub gələ bilər, gah da uçub gedə bilər. Hazırda oradan Suriya və İraqa zərbələr endirilir. Amerikanın özü nüvə silahı işlətmək istəməsə, bu baza məhz Rusiyaya qarşı nəzərdə tutulub. Orada Rusiya ərazisinə nüvə zərbəsi endirmək üçün məxsusi ayrılmış türk təyyarələri var. – Rusiya artıq dəfələrlə bildirib ki, nüvə silahı tətbiq edə bilər… – Bəli, o cümlədən Putin bu yaxınlarda Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə görüşündə dedi ki, Suriyaya zərbə endirən qanadlı raketlər nüvə döyüş başlığı ilə təchiz edilə bilər. – Və belə olan halda nəzərə alınsa ki, Türkiyə nüvəsiz dövlət deyil, biz də bu cür cavab ala bilərik? – Prinsipcə, bu da mümkündür. Nüvə bombaları Belçika, İtaliya, Almaniya və Türkiyədə elə məhz bunun üçün yerləşdirilib ki, Rusiyanı cilovlamaq üçün onlarda öz potensalının olduğu inamı yaransın. Bu raketlər Moskvayadək uçmaz, lakin Soçi, Novorossiysk və Sevastopola qədər çatmağı bacarar. Suriyadakı Rusiya qruplaşmasının vəziyyətinə gəlincə, potensialı çox pisdir, çünki təchizat əsasən Bosfordan gedir. Havadan da gedir, lakin türklər hava dəhlizini də bağlaya bilər. – Rusiya ekspertlərindən biri bu günlərdə bildirdi ki, lazım olsa, türklərin Qara dəniz donanmasını bir neçə saata darmadağın edərik. Belədir? – Türk donanmasının əsas hissəsi Qara dənizdə yox, daha çox Aralıq dənizindədir. Orada daim ancaq türk sərhədçiləri yerləşir. Nüvə silahı olmasa, türk donanmasına ciddi ziyan vurmaq çətin olacaq. Elə nüvə silahı ilə də asan deyil. Gəmilər kifayət qədər canlı, hərəkətli hədəfdir. Daha çox hazırda Suriya sahillərində yerləşən donanmamız batırılacaq və ya ciddi itki verəcək. Minlərlə dənizçimiz həlak ola bilər, çünki türklərin artıq orada sualtı qayıqları və yetərincə uzaqmənzilli raketli freqatları düzülüb və hazırdır. Bizim Qara dəniz donanmasından daha müasir. Biz Qara dənizdə aviasyadan istifadə edə bilərik, lakin orada kifayət qədər deyil, türklərinki güclüdür və öz donanmasını qoruyar. Ünmumən bütün aviasiyamız Latakiyadadır. Oradakı bazamız isə türk yaylım atəşinin zonasındadır. Onu hətta bombalamaq da vacib deyil, onlarda “Qasırğa” tipli raketlərimizdən var. – Bəs Rusiya Silhlı Qüzvələrinin yeni silahları ilə bağlı məsələ nə yerdədir? O, artıq indi qoşuna xeyli miqdarda veilə bilər, yoxsa əsasən sınaq nümunələridir? -Onlar sanki var, lakin digər tərəfdən onların nə qədər başa çatdırılması aydın məsələ deyil. Buna görə də oraya S-400 və köhnə S-200 və hətta qədim S-125 – 50-60-cı illərin sonunun silahları yerləşdirilib… – Bunu nə ilə izah edirsiniz? – Onunla ki, S-400-lər döyüş əməliyyatına tam hazır deyil. Sınaq silahları çoxdur, amma onlar da azdır. Cəmi dörd yeni Su-25 qırıcısı var. Türklərin isə nisbətən təzə və Amerika lisenziyası ilə yığıdıqları, hətta ixrac etdikləri 200 F-16 qırıcısı var. – Aviasiya müqayisəsini davam etdirsək, hər şeyə baxanda Rusiya say nisbətində Türkiyəni geridə qoyur. Son məlumatlara görə, sovet dövrünün sonunda SSRİ-nin 10 min döyüş təyyarsəi var idi. Bəs keyfiyyətcə necədir? – Bizim aviasiya kifayət qədər köhnədur. Türklərinki qəttəzədir. Suriyada əsas döyüş tapşırıqlarını köhnə Su-24 icra edir. İnd orada cəmi nə qədər təyyarəmiz var – heç kim deyə bilməz. Pilotlarla bağlı böyük problem var. Yaxşı təyyarəçilərin hamısı orada – Suriyadadır. Hətta həlak olan da təlimatçı idi. Yəni ən yaxşıların hamısını ora qovublar. Lakin bütün ölkədən hamını ora yığa bilmərik, türklərin isə bölgəcə üstünlüyü olacaq. Bir sözlə, adi silahlarda Rusiyanın heç bir üstünlüyü görünmür. Buna görə də nəsə olsa, itkilərimiz əsaslı ola bilər. Orada öz aviasiyamızın qaymağını itirə bilərik. – ABŞ başda olmaqla NATO Türkiyəni dəstəkləsə, Rusiya NATO ilə müharibəyə nə dərəcədə hazırdır? – NATO artıq Suriya ilə sərhəddə olduqca effektli, təyyarələrimizi vura biləcək “Petriot” zenit-raket kompleksi düzüb. Söhbətləşdi: Aleksandr Jelenin Rosbalt.ru, 19.02.2016 Tərcümə Strateq.az-a məxsusdur.

Fevral 22, 2016 16:30