Oksford Universitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, insan beyni amputasiya edilmiş əl və barmaqların müfəssəl təsvirini onilliklər boyu qoruyub saxlayır. Mütəxəssislər əmindirlər ki, bu kəşf gələcək nəsil protezlərinin hazırlanmasına kömək edəcək. “rns.online” saytı xəbər verir ki, tədqiqatın nəticələri “eLife” jurnalında dərc edilib. Tədqiqatçılar kompyuterli tomoqrafiya vasitəsilə iki pasiyentin beyin fəallığını tədqiq ediblər. Eksperiment iştirakçılarından biri 25 il əvvəl, digəri isə 30 ildən artıq əlləri amputasiya edilmiş insanlar olub. Alimlərin sözlərinə görə, onların hər ikisində güclü fantom hisslər olub. Nəzarət qrupuna hər iki əli olan 11 solaxay daxil edilib. Tədqiqat zamanı iştirakçılar sol əlin hər barmağını ayrılıqda tərpətməli idilər. Tədqiqatın müəllifi Tamar Makin yazır: “Biz aşkar etdik ki, əlləri amputasiya olunmuş insanlarda sol əllə bağlı beyin fəallığı azalıb. Bununla belə müəyyən əl formasına uyğun bəzi cizgilər nəzarət qrupundakı insanların müvafiq cizgiləri ilə üst-üstə düşüb”. Alimlərin fikrincə, tədqiqatın nəticələrini çoxfunksiyalı protezlərin hazırlanması prosesinə tətbiq etmək olar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…