Azərbaycanda qrip və yuxarı tənəffüs yolları infeksiyasına yoluxanların sayı ötən il 397 min 777 nəfər olub. Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib. Azərbaycanda daha çox yayılan yoluxucu və parazitar xəstəliklərin siyahısında ikinci yerdə kəskin bağırsaq infeksiyaları xəstəlikləri gəlir. Bu xəstəliklərə ötən il 14 min 306 nəfər yoluxub. Ötən il 11 min 645 nəfərdə suçiçəyi, 503 nəfərdə salmonelyoz infeksiyaları, 341 nəfərdə brusellyoz, 329 nəfərdə viruslu hepatitlər, 311 nəfərdə qoturluq, 168 nəfərdə skarlatin, 97 nəfərdə pedikulyoz, 9 nəfərdə qarayara, 8 nəfərdə tetanus, 7 nəfərdə epidemik parotit qeydə alınıb. Qarın yatalağı, difteriya, göyöskürək, qızılca, malyariya və məxmərəyə yoluxma halları isə qeydə alınmayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…