Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsindən Azərtac-a bildiriblər ki, müraciətdə belə hava şəraitində sürücülərin ara məsafəsinə və sürət həddinə diqqət etmələri tövsiyə olunur. Diqqətə çatdırılır ki, yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobillərin sürücüləri hərəkət zamanı əyləcdən istifadə etdikdə adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı əyləc məsafəsi ilə yağıntılı havadakı əyləc məsafəsi arasındakı fərq 50 faiz artır. Məsələn, sürücü avtomobili saatda 60 kilometr sürətlə idarə edirsə adi vaxtda əyləc məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir. Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikanın digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sürücülərin mənzil başına sağ-salamat çatması üçün olduqca önəmlidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…