“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 10-dan 14-dək “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçiriləcək. Azərtac xəbər verir ki, bununla bağlı tədbirin Elmi Təşkilat Komitəsinin üzvləri sentyabrın 7-dən 9-dək Gəncə şəhərinə ezam olunublar. Təşkilat Komitəsinin üzvləri forumun rəsmi açılışı, tədbir çərçivəsində nəzərdə tutulan interaktiv müzakirə və elmi konfransın plenar, seksiya iclaslarının təşkil olunacağı məkanlar, eləcə də xarici qonaqların qarşılanması, yerləşdirilməsi və digər təşkilati məsələləri AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyevlə ətraflı müzakirə ediblər. Həmçinin Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının qərargahında Gənclər Birliyinin, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun, AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri, universitetlərin gənclər birliklərinin üzvləri, gənc tədqiqatçılar, magistrantlarla görüşlər keçirilib, forumun proqramı və detalları ilə bağlı fikir mübadiləsi aparılıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…