Lənkəran Mədəniyyət Mərkəzində şəhər icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh- azadlıq, bərabərlik və ədalətdir” mövzusunda konfrans keçirilib. Azərtac xəbər verir ki, toplantıda çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, 1981-ci il noyabrın 30-da BMT-nin qərarı ilə 21 sentyabr “Beynəlxalq Sülh Günü” elan edilib. Qeyd olunub ki, sülh carçısı olan Azərbaycanda da 21 sentyabr geniş qeyd olunur. “Beynəlxalq Sülh Günü” ilə əlaqədar 21 avqust-21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində Lənkəranda da müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd Azərbaycanın sülhsevər ölkə olduğunu bir daha diqqətə çatdırmaqla, respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilməsini göstərmək, dövlətimizin humanist mahiyyətini dəyərləndirməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…