ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə üçgünlük ixtisasartırma kursları keçirilib. Azərtac xəbər verir ki, kursun birinci günü adıçəkilən idarənin diplomatik heyət üzrə 13 əməkdaşına ictimai diplomatiya, diplomatik protokol və konsulluq xidmətinin yeni trendləri haqda ətraflı məlumat verilib. Kursun ilk təqdimatı ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehralıyeva tərəfindən olub. O, iştirakçılara ADA Universitetinin fəaliyyəti haqda ümumi məlumat verib, ictimai diplomatiyanın yeni trendləri, Azərbaycan milli kimliyi, diaspora yardım məsələləri barədə danışıb. Kursun davamı sual-cavab üzərində qurulub. İkinci gün universitetin əməkdaşları tərəfindən kurs iştirakçılarına ölkənin tanıdılması, mətbuata bəyanatların hazırlanması, diplomatik protokolun mahiyyəti və tarixi, diplomatik əlaqələr üzrə Vyana Konvensiyası, dövlət səfərləri haqda ətraflı məlumat verilib. Sonuncu gün ADA Universitetinin əməkdaşları Fəxrəddin Qurbanov, Hikmət Hacıyev, Şəfəq Mehralıyeva tərəfindən diplomatik protokol, diplomatik etiket və digər məsələlər barədə ətraflı söhbət açılıb. Bundan başqa media əlaqələri, diplomatiyada sosial medianın rolu da əsas mövzulardan biri olub. Yekunda iştirakçıların bilikləri qiymətləndirilib. Kursun ikinci mərhələsi oktyabr ayında keçiriləcək, kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. ADA Universiteti tərəfindən bu qəbildən kurslar 2007-ci ildən keçirilir. Naxçıvan Muxtar Respublikasında isə belə tədbir ilk dəfədir təşkil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…