Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda layihə dəyəri 2 milyard dollardan çox olan beynəlxalq aeroport istifadəyə verilib. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, aeroportun açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib. Üç terminaldan ibarət aeroport saatda 2 min sərnişinə xidmət edəcək. Bütün növdə və hər cür yük tutumu olan təyyarələri qəbul edə biləcək iki qalxma-enmə zolağının uzunluğu 3800 metrdir. Aeroport kompleksinin ümumi sahəsi isə 1200 hektardır. Açılış mərasimində yeni aeroporta dünyada ən böyük xalça ornamentinin memari təsvirinə görə “Ginnesin rekordlar kitabı”nın sertifikatı təqdim edilib. Əsas sərnişin terminalının damında yerləşən ornamentin sahəsi 705 kvadratmetrdir. Türkmənistanın paytaxtındakı yeni hava limanını bundan əvvəl Olimpiya şəhərciyini, Bitərəflik Tağını, Aşqabad televiziya qülləsini və Türkmənbaşı şəhərindəki beynəlxalq aeroportu inşa edən Türkiyənin “Polimeks” kompaniyası tikib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…