Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin sədri Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını elan ediblər. Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra V.Putin və D.Medvedev “Yedinaya Rossiya” Partiyasının mənzil qərargahına gəliblər. D.Medvedev qeyd edib ki, səsvermədə iştirak edən seçicilərin əksəriyyəti “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “Əminliklə demək olar ki, biz qalib gəlmişik”. Prezident V.Putin çıxışında bildirib ki, “Yedinaya Rossiya” Partiyası çox yaxşı nəticələr nümayiş etdirib. V.Putinin sözlərinə görə, hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “İnsanlar siyasi sistemin sabit olmasını istəyirlər. Onlar ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…